ADY Express Azərbaycan karbamidini dünya bazarına çatdırır

2020-12-21

“Azərbayacan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ARDNŞ-in Karbamid zavodunda istehsal olunan karbamidi dəmir yolu ilə xaricə nəqlini davam etdirir.
H.Z.Tağıyev stansiyasında hər birisinin çəkisi 800 kq olan boyük kisələrdə (biq baq) olan karbamid Gürcüstan dəmir yollarının təqdim etdiyi yarımvaqonlara yüklənərək Gürcüstanın Qara dəniz limanlarına yola salınır. H.Zeynalabdin-Böyük Kəsik-Poti/Batumi marşrutu ilə 884/920 kilometr yolu 3-4 günə nəql edilən karbamid daha sonra Poti və ya Batumi limanlarında gəmilərə aşırılaraq dəniz vasitəsi ilə təyinatı üzrə çatdırılır.
2019-cu il oktyabrından (karbamidin dəmir yolu ilə nəqli başlayan aydan) 2020-ci il noyabr ayı daxil olmaqla “ADY Express” MMC ümumilikdə 115 min ton karbamidi daşımağa müvəffəq olub. Proses davam etdirilir.
Onu da qeyd edək ki, ADY Express yükdaşımanı Gürcüstandakı tərəfdaş şirkəti olan «GR Logistics and Terminals» şirkəti ilə birgə həyata keçirir ki, ADY Express karbamidin Azərbaycan ərazisi üzrə nəqlini təşkil edir.
Xatırladaq ki, SOCAR Carbamide zavodu 16 yanvar 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilmişdir. Zavod 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin təxminən 70 faizi ixrac üçün nəzərdə turulub.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016