ADY Express öz müştərilərinə yeni xidmət təqdim edib

2020-12-25

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC müştərilərin məmnunluğun təmin edilməsi istiqamətində növbəti onlayn xidmət növünü təqdim edir. ADY Express – sifarişlərin onlayn ödəniş xidmətini işə salaraq onu müştərilərə təklif edir.
Artıq, müştərilərin ödəniş üçün banka getmək ehtiyacı minimallaşdırılaraq sifarişlərin ödənişi üçün onlayn ödəniş xidmətindən istifadə edə bilərlər.
Şirkətin müştəriləri sifariş təsdiq olunandan sonra onlayn Şəxsi Kabinetə daxil olaraq “Ödə” düyməsini sıxaraq şəxsi və ya korporativ kart vasitəsi ilə onlayn ödəniş edə bilərlər. Onlayn ödənişin üstün cəhəti bundan ibarətdir ki, ödəniş həmin anda icra edilir və sifarişin statusu “ödəndi” olaraq dəyişir. Bank köçürməsində olduğu kimi ödənişin hesaba oturmasını gözləməyə ehtiyac qalmır.
Onlayn ödəniş sistemini tətbiq etməklə “ADY Express” MMC rəqəmsal texnologiyalı xidmət növlərini genişləndirərək, müştərilərin rahatlığını təmin edir.
Xatırladaq ki, bu vaxta qədər şirkət bir sıra onlayn xidmətlər istifadəyə təqdim etməklə müştərilərin məmnunluğunu qazanmışdı. “ADY Express” MMC müştərilər üçün, şəxsi kabinetindən istifadə edərək, onlayn sifariş etmək, göndərdiyi yüklərin sərhəddən keçməsi ilə bağlı daşıma sənədləri və hesabatları görmək imkanı yaradıb. Eyni zamanda müştərilər “qapıdan-qapıya” servisindən də istifadə edə bilirlər.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016