ADY Express Astara terminalında aşırılan yüklərin həcmini artırıb

2021-01-06

İran İslam Respublikası ərazisində yerləşən Astara yük terminalının operatoru olan, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Express” MMC, burada aşırılan yüklərin həcmini artırmağa müvəffəq olub.
2020-ci ildə Astara terminalında aşırılan yüklərin ümumi həcmi 422 100 ton və ya 8918 vaqon təşkil edib ki, bu da 2019-u illə müqaisədə 16% çoxdur. Belə ki, 2019-cu ildə Astara terminalında aşırılam yüklərin ümumi həcmi 363 842 ton təşkil etmişdir.
Orta hesabla 2020-ci il ərzində Astara terminalında, gündəlik aşırılan yüklərin həcmi 1384 ton və ya 29 vaqon təşkil edib.
Yüklərin növünə gəldikcə, 12 ay ərzində aşırılan yüklərin 37% taxta və taxta materialları, 20% tikinti materiallar (sement, klinker, kafel və s.), 13% meyvə və tərəvəzlər, 11% konteyner, 8% dənli bitkilər (arpa, taxıl, buğda və mərci), 11% isə digər yüklərə aid olub.
Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Astara yük termilanından keçən yüklərun əksəriyyəti Rusiya və İrana aiddir. Ötən ilin 12 ayı ərzində buradan keçən yüklərin 75% Azərbaycan ərazisindən nəql edilən tranzit yüklərin payına düşüb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016