Bakı-Tbilisi-Qars vasitəsi ilə Rusiyadan Türkiyəyə taxıl və kəpək nəql edilib

2021-03-10

“ADY Express” MMC Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Rusiyadan Türkiyəyə taxıl və buğda kəpəyi nəql edib.
13 örtülü vaqonda 780 ton taxıl Rusiyanın Tatarskaya stansiyasından (Qərbi-Sibir dəmir yolu), 8 taxıldaşıyan vaqonda 480 ton buğda kəpəyi isə Şadrinsk stansiyasından (Cənub-Ural dəmir yolu) göndərilib. Rusiya-Azərbaycan sərhəddində yerləşən Yalama stansiyasından keçən yüklər daha sonra Böyük-Kəsik və daha sonra Gürcüstanın Axalkalaki stansiyasına çatdırılıb. Burada vaqonlarda təkər cütləri dəyişdirildikdən sonra taxıl və kəpək Türkiyənin Qars şəhərinə yola salınıb.
Taxıl yükü ümumilikdə 4745 km, buğda kəpəyi isə ümumilikdə 4054 km məsafəni qət erdikdən sonra təyinat nöqtəsinə çatdırılıb. Yüklərin nəqlini “ADY Express” MMC tərəfdaşları ilə – “RJD Logistika” (Rusiya), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləri ilə həyata keçirib.
Onu da qeyd edək ki, BTQ dəmir yolu bu cür yüklərin nəqli yük sahiblərinə ənənəvi dəniz yolu ilə nəqlindən daha sərfəlidir. BTQ ilə fasiləsiz kiçik həcmli yükləri daşımaq mümkündür ki, əvvəllər yük sahibləri bu yükləri Türkiyəyə göndərmək üçün Novorosiysk limanında gəminin doldurulmasını gözləməli olurdular və limanda yüklərin aşırılması əməliyyatlar aparılırdı. Bu da əlavə xərclər deməkdir. Bundan başqa BTQ vasitəsi ilə yüklərin nəqli tranzit vaxtını 2 dəfə azaldır. Yük sahibləri Bakı-Tbilisi-Qars vasitəsi ilə mütəmadi olaraq bu cür yüklərin Türkiyəyə göndərilməsini planlaşdırır.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016