Polipropilen Rusiya və Qazaxıstana nəql edilir

2021-03-12

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC “SOCAR POLYMER” MMC-nin istehsal etdiyi polipropilen/polietilen məhsulunu ixrac rejimində Rusiya və Qazaxıstana nəql edir.
ADY Express şirkətinin təqdim etdiyi örtülü vaqonlar Sumqayıt stansiyasında yüklənərək yola salınır. Artıq 18 vaqona yüklənmiş 1140 ton polipropilen/polietilen, 2363 km yolu qət edərək Rusiyanın Noqinsk stansiyasına çatdırılıb. Mart ayının axırına qədər daha 2460 ton polipropilen/polietilen 39 vaqona yüklənərək Noqinsk stansiyasına göndəriləcək. Bu ayın sonuna qədər polipropilen yükü Qazaxıstana da nəql ediləcək. 800 ton polipropilen 13 vaqonla Qazaxıstanın Atırau stansiyasına göndərilir. Onu da qeyd edək ki, Qazaxıstana yüklərin daşıma marşrutu Rusiya ərazisindən keçir. Sumqayıt-Yalama-Atırau marşrutu ilə daşınan yüklər, 1202 kilometr yolu qət etməli olur. Marşrut boyu daşımanı ADY Express şirkəti həyata keçirir.
Bu sahədə gördüyümüz işlər davam etdirilir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016