Taking too long? Close loading screen.

ADY Express Azərbaycan karbamidini dünya bazarına çatdırmaqda davam edir

2021-06-11

“Azərbayacan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ARDNŞ-in Karbamid zavodunda istehsal olunan karbamidi dəmir yolu ilə xaricə nəqlini davam etdirir.
H.Z.Tağıyev stansiyasında hər birisinin çəkisi 800 kq olan boyük kisələrdə (biq baq) olan karbamid yarımvaqonlara yüklənərək Gürcüstanın Poti dəniz limanına yola salınır. Vaqonları “Azərbaycan Dəmir Yolları” QSC və “ADY Express” MMC tərəfindən təqdim edilir.
H.Zeynalabdin-Böyük Kəsik-Poti marşrutu ilə 884 kilometr yolu 3-4 günə nəql edilən karbamid daha sonra Poti limanında gəmilərə aşırılaraq dəniz vasitəsi ilə təyinatı üzrə çatdırılır.
Bu dəfə ümumilikdə 500 vaqon vasitəsi ilə 30 min ton karbamidin nəql edilməsi nəzərdə tutulur. Qeyd olunan yükün 2700 tonu 45 vaqona yüklənərək artıq yola salınıb.
Onu da qeyd edək ki, 2019-cu il oktyabrından (karbamidin dəmir yolu ilə nəqli başlayan aydan) 2021-ci il iyun ayı daxil olmaqla “ADY Express” MMC ümumilikdə 100 min tondan artıq karbamidi daşımağa müvəffəq olub.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016