Taking too long? Close loading screen.

ADY Express Azərbaycanda istehsal olunan sementin xaricə nəqlinə başladı.

2021-07-13

“Azərbayacan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ixrac rejimində növbəti növ yüklərin nəqlinə başlayıb. Bu dəfə şirkət “Holcim Azərbaycan” ASC-in zavodunda istehsal olunan sementin dəmir yolu ilə Gürcüstana daşınmasına start verdi.
Yüklər Qaradağ stansiyasında, “ADY Express” MMC tərəfindən təqdim edilən yarımvaqonlara yüklənərək, Gürcüstanın Kaspi yük stansiyasına çatdırılır. Yüklərin qonşu ölkəyə nəql edilməsi və vaqonların geri dönməsi ümumilkdə 6-7 günə həyata keçirilir.
ADY Express bu yüklərin daşınması üçün 50 vaqon ayırıb ki, hər ay 4 belə daşımanın həyata keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, ADY Express hər ay “Holcim Azərbaycan” ASC-in istehsal etdiyi 15 000 ton sementin Gürcüstana nəql edilməsi planlaşdırılır.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016