Taking too long? Close loading screen.

ADY Express Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaları artırır

2021-07-23

“Azərbaycan dəmir yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC bu il Bakı-Tbilisi-Qars dəmir yolu ilə rekord sayda yükdaşımalar həyata keçirib.
2021-ci ilin əvvəlindən bu günə qədər, şirkət BTQ vasitəsi ilə ümumilikdə 1 767 vaqonda 108 534 ton yük nəql edib ki, bu göstərici həmin yol istifadəyə veriləndən bəri, ən yüksəkdir. Müqaisə üçün bildirək ki, 2020-ci ildə BTQ vasitəsi ilə ADY Express toplam olaraq, 50 min tona yük nəql etmişdir.
Qeyd edək ki, bu il də daşınan yüklərin boyük əksəriyyəti, Rusiya yüklərinə, Maqnitoqosk Metallurgiya Kombinatının (MMK) yüklərin payına düşür. Belə ki, şirkət 1501 vaqonda 99 244 ton polad rulonlar və 152 vaqonda 2218 ton rulon altından çərçivələri nəql edib. 7 072 ton isə digər yüklərə aid olub. Bu yüklərin arasında isə əsasən dənli bitkilərin payı daha çoxdur.
Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləndən bəri, yəni 2017-ci ilin sentyabrın 30-dan başlayaraq, “ADY Express” MMC bu yolla artıq 3 138 vaqonda 185 319 ton yük nəql etməyə müvəffəq olub.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016