Taking too long? Close loading screen.

“ADY Express” beynəlxalq konfransda iştirak edib

2021-09-17

15-16 sentyabr 2021-ci ildə Batumidə “Argus Mineral Gübrələr 2021. MDB, Xəzər və Qara dəniz hövzələri ölkələrinin bazarları” adlı beynəlxalq konfransı keçirildi. Konfransda “ADY Express” şirkətinin nümayəndələri də iştirak ediblər.
Bu tədbir geniş beynəlxalq auditoriyanı bir araya gətirib: əsas istehsalçılar, ticarət və nəqliyyat şirkətləri, ixtisaslaşmış dövlət qurumları, yükgöndərənlər, ixracatçılar və maliyyə sektorunun nümayəndələrini. Pandemiya səbəbindən, uzun müddət ərzində ilk dəfə olaraq müxtəlif şirkətlərin nümayəndələri müxtəlif ölkələrdən olan iş ortaqları ilə kommersiya məsələlərini bir yerdə həll edərək fərdi ünsiyyət qurmaq, mövcud və yeni gübrə tədarükçüləri ilə görüşmək imkanı əldə etdilər.
Proqram çərçivəsində müxtəlif mövzularda müzakirələr aparılıb: Beynəlxalq gübrə bazarındakı vəziyyət, Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi hövzələri ölkələrində karbamid bazarı, Orta Asiya və Xəzəryanı ölkələrin bazarları, Orta Asiyadan olan gübrə istehsalçıları üçün əsas satış bazarları. Mineral gübrələr bazarının böhran və çaxnaşma şəraitində sabitliyi qoruduğu qeyd edildi. Bölgə ölkələrindən olan istehsalçılar yeni istehsal müəssisələrini istifadəyə verməyə davam edirlər. Ticarət məhsullarının həcminin artması, Xəzər regionunda və Qara dəniz sahillərində yeni vaqonların, yükləmə məntəqələrinin və yükləmə kompleksləri kimi bütün nəqliyyat infrastrukturunun tutumunun artırılmasına ehtiyac yaradır.
ADY Express şirkətinin nümayəndələri, müzakirələr, görüşlər və işgüzar danışıqlar çərçivəsində, Asiya-Avropa marşrutu üzrə Azərbaycanın dəmir yolları ilə mineral gübrələrin daşınması imkanları barədə tərəfdaşları məlumatlandırıblar və həmçinin bu növ malların Azərbaycan ərazisindən daşınması ilə bağlı ətraflı danışıqlar aparıblar.
Qeyd edək ki, konfransda 20-dən çox ölkədən, Xəzər və Qara dəniz bölgələrindən, MDB ölkələrindən və Avropadan 150-dən çox şirkətin nümayəndəsi iştirak etmişdir.
Xatırladaq ki, Xəzər-Qara dəniz regionunda ilk Argus gübrə konfransı 2019-cu ilin mart ayında Bakıda keçirilmişdi. Konfrans ölkəmizdə karbamid zavodunun fəaliyyətə başlaması ilə eyni vaxta təsadüf etdi.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016