Taking too long? Close loading screen.

Azərbaycanın tranzit imkanları iri yük sahiblərinə təqdim edildi

2021-10-01

Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Dağ-mədən və metallurgiya yüklərinin dəmir yolu ilə daşınması” adlı 12-ci beynəlxalq konfrans keçirilib. 2 gün davam edən konfransda iri dağ-mədən və metallurgiya şirkətlərinin nümayəndələri, eləcə də aparıcı nəqliyyat və logistika şirkətlərinin nümayəndələri, kömürə və metallara yüksək tələbat olduğu halda dəmir yollarının yükdaşıma qabiliyyəti və vaqon parkının mövcudluğu məsələlərini müzakirə ediblər. Mütəxəssislər və aparıcı analitiklər yeni reallıqlar şəraitində dəmir yolu nəqliyyatı bazarındakı dəyişikliklərlə bağlı fikirlərini bölüşüblər. Bu ilki konfransın əsas mövzuları bunlar idi: kömür və metal bazarındakı dəyişikliklərin mədən və metallurgiya yüklərinin daşınmasının təşkilinə təsiri, yükburaxma qabiliyyəti uğrunda mübarizə, yeni marşrutlar və dəmir yolu infrastrukturu, yük sahiblərinin mövqeləri, dağ-mədən və metallurgiya yüklərinin daşınması üçün vaqon parkı və s.

Konfransda iştirak edən “ADY Express” MMC bu növ malların Azərbaycan ərazisindən daşınması imkanlarını təqdim edib. Azərbaycan dəmir yollarının imkanlarını, eləcə də Bakı-Tbilisi-Qars kimi böyük infrastruktur layihələrini konfrans iştirakçılarının diqqətinə çatdıran şirkət nümayəndələri, Azərbaycan ərazisindən Türkiyə, Avropa və digər ölkələr istiqamətində keçən tranzit yollarının üstünlüyünü nümayiş etdiriblər. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının ənənəvi marşrutlarla müqayisədə daha əlverişlidir. Rusiyadan Türkiyəyə, eləcə də üçüncü ölkələrə yüklərin çatdırılması üçün logistik imkanları təqdim edən ADY Express şirkətinin nümayəndələri bu bazarda öz logistika məhsullarını sərgiləyiblər.

Konfrans çərçivəsində ADY Express nümayəndələrinin Rusiya və digər ölkələrin iri yük sahibləri ilə ikitərəfli görüşləri baş tutub.

Qeyd edək ki, konfransda Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Finlandiya, Norveç, Latviya, Almaniya, Polşa və digər ölkələrdən 200-dən çox nümayəndə və böyük biznes təmsilçiləri iştirak ediblər.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016