Taking too long? Close loading screen.

Qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub

2021-10-20

“Azərbaycan Dəmir Yolları” QSC-də Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi ilə görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ölkələrimiz arasındakı ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərindən, o cümlədən nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan söhbət açıb. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində atılan uğurlu addımlardan danışan Cəmiyyət sədri dəmir yolu infrastrukturunun modernləşdirilməsi sahəsində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Beynəlxalq Nəqliyyat Dəhlizlərinin kəsişdiyi məkana çevrilib, ölkəmizin logistika və tranzit qovşağı kimi rolunun gücləndirilməsi üçün lazımi infrastrukturun qurulması prosesi davam etdirilir. Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin Macarıstan dəmir yolları ilə “Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyası (TDƏŞ) və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) çərçivəsində əməkdaşlıq etdiyini deyib. O, Azərbaycan və Macarıstan dəmir yolları, eləcə də aparıcı loğistika şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi və bu məqsədlə Bakıda görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ölkələrimiz arasında əlaqələrin inkişafından, beynəlxalq və regional layihələrin fəaliyyətinin genişləndirilməsi istiqamətində Azərbaycan tərəfinin fəaliyyətindən məmnunluğunu bildirib. Macarıstan şirkətlərinin dəmir yollarının tikintisində iştirakda maraqlı olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016