Taking too long? Close loading screen.

Azərbaycan və Belarus dəmir yolları sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

2021-11-12

“Azərbaycan Dəmir Yolları” QSC-də Belarusun Azərbaycandakı səfiri Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsindən sonra aparılan genişmiqyaslı işlərdən danışıb, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin uğurlu təşviqinə geniş imkanlar açıldığını vurğulayıb. Qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətli olan beynəlxalq marşrutların inkişaf etdirilməsində ölkəmizin təşəbbüskarlığı, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə “Stadler Minsk” və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətləri arasında əməkdaşlıq məsələləri əsas müzakirə mövzularından olub. Qeyd edilib ki, ölkələrimiz nəqliyyat, o cümlədən dəmir yolu sahəsində ikitərəfli və çoxtərəfli şəkildə əlaqələri inkişaf etdirir. Cavid Qurbanov bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC 2015-ci ildən Belarusun aparıcı sənaye müəssisəsi və “Stadler” beynəlxalq konserninin bir hissəsi olan “Stadler MİNSK” QSC ilə əməkdaşlığa başlayıb. Şirkətlə 2019-cu ildə imzalanmış müqaviləyə əsasən, 10 ədəd FLİRT markalı sərnişin qatarının alınması nəzərdə tutulur. Bunlardan 4 ədədi dizel, 6 ədədi isə elektrik qatarlarıdır.

Həmçinin bildirilib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi sahəsində daşınan yüklərin həcminin artırılması məqsədi ilə 20, 40 və 45 futluq konteynerlərə, taxıl və taxıl məhsullarına, günəbaxan yağına, taxta yükünə, neft məhsullarına və “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Astara ərazisindən daşınan bütün növ tranzit və ixrac yüklərinə güzəştli tariflər tətbiq edilib. MDB-yə üzv ölkələrin dəmiryol administrasiyaları tərəfindən 1993-cü il 17 fevral tarixində qəbul edilən Tarif Razılaşmasına əsasən, hər il keçirilən Tarif Konfranslarında Azərbaycan və Belarus nümayəndələri növbəti fraxt ili üçün qüvvədə olacaq tariflər barədə müzakirələr aparırlar.

Səfir Andrey Ravkov da öz növbəsində Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi nailiyyətlərə toxunub. O, bildirib ki, Azərbaycan beynəlxalq təşkilatların qətnamələrini özü icra edərək 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyünün bərpasına nail oldu. Diplomat işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı və sürətli bərpa-quruculuq işlərinin uğurla davam etdirildiyini, həmin bölgələrdə nəqliyyat infrastrukturunun inkişafına dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.
Görüşdə dəmir yolu və nəqliyyat sektorunda qarşılıqlı əlaqələrin bundan sonrakı istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016