Taking too long? Close loading screen.

ADY Express 2021-ci ildə nə qədər yük nəql etdi?

2022-01-11

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-nin əsas hədəfi ölkəmizin dəmir yolları vasitəsi ilə yükdaşımaların həcminin artırılmasına nail olmaqdır. Ötən il ərzində ADY Express ixrac, idxal, tranzit və daxili yükdaşımalar rejimində müxtəlif istiqamətdə yüklərin nəqlini həyata keçirib.
Ümumi olaraq 2021-ci ildə şirkət dəmir yolu vasitəsi ilə 5 716 845 ton yük nəql edib. Bunun 427 032 ton daxili, 1 559 620 ton idxal, 2 258 609 ton ixrac, 1 471 584 ton isə tranzit yüklərin payına düşür.
Statistic göstəricilərdən göründüyü kimi ən çox yükdaşımalar ixrac yüklərinin payına düşüb. Bu yüklərin təyinat ölkələri əsasən İtaliya, Rusiya, Gürcüstan və Braziliya olub. Yüklərin növünə gəlincə, ixrac rejimində daha çox azot gübrələri, dizel, bitum və qudron, digər neft məhsulları və meyvə-tərəvəz nəql edilib.
ADY Expressin İdxal rejimində nəql etdiyi yüklərin mənşəyi isə əsasən Rusiya, Braziliya, Qazaxıstan və Ukrayna olub. Bu tip rejimdə daha çox bugda, ağac məhsulları, şəkər, benzin və qara metal nəql edilib.
Tranzit yükdaşımalarda “ADY Express” MMC daha çox Rusiya-Türkiyə, Rusiya-Gürcüstan, Rusiya-İran və Orta Asiya ölkələri ilə Gürcüstan və Türkiyə arasında yükdaşımalar həyata keçirib. Bu tip yükdaşımalarda daha çox azot gübrələri, benzin, neft məhsulları, metal yüklər və mineral sular nəql edilib.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016