Taking too long? Close loading screen.

“ADY Express” Şərq-Qərb nəqliyyat dəhlizi ilə yükdaşımaları artırır

2022-03-16

Qərb ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, nəqliyyat və logistika sisteminə təsirsiz ötüşmür. Yük sahibləri artıq Rusiya ərazisindən tranzit yükdaşımalarından imtina edərək, yük axınlarının istiqamətini dəyişdirməyə çalışırlar. Bu ilk növbədə, Rusiyanın Avropa ilə sərhədlərin qapalı olduğundan və dəniz limanlarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır.
Alternativ marşrutlardan biri kimi, Azərbaycan ərazisindən keçən Şərq-Qərb nəqliyyat dəhlizi seçılır. Artıq Qazaxıstanlı yük sahibləri, Qərb istiqamətində daşımalarda, qeyd edilən koridordan yararlanmağa başlayıblar.
Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin struktur vahidi olan “ADY Express” MMC artıq Qazaxıstandan Qərb istiqamətdə mazut daşımalarına start verib. Şirkətə daxil olan sorğuya əsasən, mart ayı ərzində Gürcüstanın Batumi limanına qədər Qazaxıstandan mazutun nəql edilməsi planlaşdırılır.
Mazut Qazaxıstanın, Tekesu stansiyasında çən vaqonları yüklənərək, daha sonra, Ələt limanına çatdırılacaq, buradan isə dəmir yolu ilə Batumi limanına nəql ediləcək. Yüklərin bir qismi Qazaxıstan-Rusiya-Azərbaycan-Gürcüstan marşrutundan istifadə edilərək nəql olunacağı nəzərdə tutulur.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016