Taking too long? Close loading screen.

Azərbaycan dəmiryolçuları qlobal nəqliyyat və logistika sərgisində

2022-05-19

Azərbaycan dəmiryolçuları 2 illik fasilədən sonra Niderlandın Rotterdam şəhərində keçirilən ənənəvi “Breakbulk Europe-2022” Beynəlxalq nəqliyyat-loqistika və nəqliyyat innovasiyaları sərgisində iştirak edirlər. Mayın 17-dən 19-dək davam edən sərgiyə 120 ölkədən mindən çox şirkət qatılıb. Tədbirdə yükdaşımalar, ekspedisiya, o cümlədən dəmir yolu sahəsində çalışan şirkətlər, beynəlxalq korporasiyalar, yükdaşımalar və logistik kompaniyalar öz xidmətlərini təqdim edirlər.
Son zamanlar dünyada cərayən edən hadisələr, yaranan yeni geosiyasi reallıqlar, nəqliyyat və logistika sahəsinə ciddi təsir edib. Bunu, ilk növbədə, Asiya və Avropa arasında yükdaşımalara aid etmək olar. Avrasiya məkanında demək olar ki, nəqliyyat sistemi, logistika xəritəsi dəyişir. Azərbaycan yeni reallıqlarda, öz nəqliyyat və logistika sitemi ilə cəlbedici rol oynamağa başlayıb. Ümumən, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə indi daha çox ehtiyac duyulur. Hazırda Çin-Azərbaycan-Avropa və Mərkəzi Asiya-Azərbaycan-Avropa nəqliyyat marşrutları böyük marağa səbəb olub.
“Azərbaycan Dəmir Yolları” QSC, və törəmə şirkətləri olan və “ADY Konteyner” şirkətləri sərgidə birgə stendlə iştirak edərək, Azərbaycanın logistik imkanlarını təqdim ediblər. Tədbir iştirakçılarına ölkəmizin tranzit imkanları barədə ətraflı məlumat verilib. Çoxsaylı görüşlərdə, aparılan danışıqlarda Azərbaycanın dəmir yolları vasitəsi ilə tranzit yüklərin daşınması və yük həcmlərinin artırılması, yeni yüklərin cəlb olunması məsələləri diqqət mərkəzində olub.
Qeyd edək ki, “Breakbulk Europe-2022” sərgisində müxtəlif ölkələrdən 15 mindən artıq mütəxəssis iştirak edir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016