Taking too long? Close loading screen.

Batumidə neft və neft məhsullarının daşınmasına dair müzakirələr

2022-06-21

Gürcüstanın Batumi şəhərində “Neft və neft məhsullarının Cənubi Qafqaz nəqliyyat dəhlizi ilə nəqli” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə son aylarda qeosiyasi dəyişikliklər nəticəsində neft və neft məhsullarının nəqli və logistikası ilə bağlı yaranan son vəziyyət müzakirə olunub. Konfrans zamanı, Cənubi Qafqaz nəqliyyat dəhlizi vasitəsi ilə qeyd olunan məhsulların dünya bazarına çıxarılması məsələsi diqqət mərkəzində olub. Bununla bağlı dəhliz iştirakçılarının nəqliyyat, logistika və infrastruktur imkanları barədə geniş məlumat verilib və konfrans iştirakçılarına apardıqları görüşlərdə və danışıqlarda yeni kommersiya əlaqələri yaratmağa imkan yaradılmışdır.
Tədbir çərçivəsində, xüsusi olaraq Qazaxıstan və Türkmənistan neft və neft məhsullarının nəqli və bu yüklərin aşırılması imkanları diqqət mərkəzində olub. Aparılan müzakirələrdə Xəzər dənizindəki Qazaxıstan, Türkmənistan və Azərbaycanın limanların və neft terminallarının yükburaxma qabiliyyəti, onların imkanları, dəmir yollarının imkanları diqqət mərkəzində olub. Tədbirdə “ADY Express” MMC-nin Logistika departamentinin rəhbəri Yusif Ramazanov çıxış edərək, Azərbaycan dəmir yolları vasitəsi ilə bu cür yüklərin nəqlinə dair ətraflı məlumat verərək, ümumiyyətlə ölkəmizin neft və neft məhsullarının daşınması ilə bağlı tranzit imkanları barədə danışıb. Tədbir çərçivəsində iştirakçılar həmçinin, Orta Asiya-Qafqaz-Avropa/Qərb marşrutunun gələcək perspektivləri ətrafında geniş müzakirələr apararaq, logistika sahəsində əməkdaşlığın səmərəliyinin artırılması istiqamətində fikir mübadiləsi aparıblar.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016