Azərbaycana çatan sınaq qatarı Qazaxıstana yola salındı
2016-01-22
Bu gün, yanvarın 22-də Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolu əhatə edən sınaq konteyner qatarı Ələtdə yerləşən Bakı Limanının Bərə Terminalına çatdı.
Dünən yerli vaxtla saat 19:45-də Batumi limanından yola çıxan qatar bu gün səhər saat 05:30-da Azərbaycan çatmış, Ələt istiqamətində hərəkətə davam etmişdi.
Ələt limanında “Azərbaycan” bərəsinə yüklənmə işi başa çatdıqdan sonra isə saat 18:55-də bərə Aktau limanına doğru yol aldı.