ABŞ-da “Transxəzər, Şərq-Qərb ticarət və tranzit dəhlizi” mövzusunda beynəlxalq forum.
2016-04-28
Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yerləşən Con Hopkins universitetində “Transxəzər, Şərq-Qərb ticarət və tranzit dəhlizi” mövzusunda beynəlxalq forum keçirilib.
Tədbirin əsas məqsədi – Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Çin və Avropa arasında yaranan əhəmiyyətli tranzit dəhlizlərini və bu dəhlizlərdən yararlanmaq imkanlarını müzakirə etməkdən ibarət olub. Həmçinin, İpək Yolu marşrutu üzrə müasir layihələrin hazırlanması və investisiyaların cəlb olunması ilə bağlı məsələlərinin müzakirəsi forumun əsas məqsədlərindəndir.
“Trans-Xəzər, Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” forumuna 200-dən çox qonaq, o cümlədən ABŞ Hökumət nümayəndələri, ticarət palataları, yerli və beynəlxalq maliyyə və sərmayə təşkilatları, tədqiqat mərkəzləri və 50-dən artıq ABŞ şirkəti qatılmışdır.
Forumda Azərbaycanın digər dövlət qurumlarının nümayəndələri ilə yanaşı “Azərbaycan DəmirYolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “Azərbaycan DəmirYolları” QSC-nin sədrinin müşaviri Vüsal Aslanov, “ADY Express” MMC-nin Biznesin inkişafı və Marketing Departamentinin rəhbəri Natiq Cəfərov iştirak ediblər.
Tədbirin panel iclasında çıxış edən “Azərbaycan DəmirYolları” QSC-nin sədrinin müşaviri Vüsal Aslanov, Azərbaycan dəmir yollarının tarixi, inkişafı, həyata keçirilən beynəlxalq layihələr, ölkə ərazisindən keçən nəqliyyat marşrutları haqda geniş məlumat verib. Matşrutların səmərəliliyi haqqında söz açan Vüsal Aslanov onların təhlükəsizliyi, yüklərin çatdırma vaxtının qısa, tariflərin isə rəqabətə davamlı olduğu barədə məlumat verib. Tədbirdə Azərbaycan dəmir yolları haqqında video çarx da nümayiş etdirilib. “Azərbaycan DəmirYolları” QSC-nin Sədr müşaviri Vüsal Aslanovun çıxışı tədbir iştirakçılarının böyük marağına səbəb olub. Çıxışdan sonra Vüsal Aslanov forum iştirakçılarının maraqlandıran suallarları cavablandıb.
Çıxış edən digər iştirakçılar, Trans-Xəzər marşrutunun Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi üçün olduqca önəmli olduğunu və Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirmək niyyətində olduqlaırını vurğuladılar.