Gürcüstanın paytaxtı Tbilisi şəhərində, Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutunun(TMTM) Koordinasiya komitəsinin iclası keçirilib.
2016-05-17
Görüşdə Azərbaycanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Tədbirdə Beynəxlaq TransXəzər Nəqliyyat Marşrutunun iştirakçı dövlətlərinin dəmir yolları idarələrinin rəhbərləri iştirak ediblər.
Iclasda Koordinasiya Komitəsinə yeni sədrin seçilməsi, Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutunun Koordinasiya komitəsinə yeni üzvlərin qoşulması, TransXəzər Nəqliyyat Marşrutunda rəqabətə davamlı tariflərin tətbiqi, cari ilin sonunadək koordinasiya komitəsinin fəaliyyət planını və digər məsələləri müzakirə ediblər.
Koordinasiya komitəsinini sədr vəzifəsinə təkrarən “Qazaxıstan Dəmir Yolları” SC-nin Prezidenti Askar Mamin seçılıb.
Eyni zamanda iştirakçılar TMTM Koordinasiya komitəsinə yeni üzvlər qəbul ediblər. Bunlar “Ukrzaliznitsya” İSC, “Ukrferi” MMC və “Translogistic” SRL şirkətləridir.
Tərəflər Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutunda tətbiq olunacaq yeni tarifləri də müzakirə edərək təsdiq ediblər. Həmin tariflər vaqon, konteyner və yükdaşımaların digər novlərinə aiddir. Qərara alınıb ki, həmin rəqabətə davamlı tariflər 2016-cı il iyunun 1-dən qüvvəyə minəcək.
İclas iştikaçıları cari məsələləri müzakirə edərək, ilin sonunadək koordinasiya komitəsinin fəaliyyət planını da təsdiq ediblər.
Tədbirdə vurgulanıb ki, bütün müzakirə edilən məsələlər və qəbul olunan qərarlar, Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutunun coğrafiyasının genişlədirilməsinə, naəqliyyat dəhlizinin inkişafına, rəqabətliliyinin artmasına və nəticədə bu yolla daşınan yüklərin artmasına səbəb olacaq.
Qeyd edk ki, iclasada həmçinin aprelin 12-də Bakıda yaradılan TransXəzər Beynəlxalq konsorsiumunun üzvləri iştirak ediblər. Xatırladaq ki, konsorsiuma Azərbaycandan “ADY Express” MMC və “ACSC Logistics” MMC daxildir.