İranda “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun işçi qrupunun görüşü başa çatdı.
2017-11-01
İranın paytaxtı Tehran şəhərində “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun işçi qrupunun görüşü başa çatdı. Görüşdə İran, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa dəmir yollarının nümayəndələri iştirak ediblər.
“Azərbayacan Dəmir Yolları” QSC və marşrutun Azərbaycan ərazisi üzrə operator şirkəti olan “ADY Express” MMC-nin nümayəndələrinin də iştirak etdiyi görüşdə, “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunda yükdaşıma tariflərinin optimallaşdırılması, həyata keçirilən infrastruktur layihələr və daşımalar mexanizminin təkmilləşdirilməsi məsələləri diqqət mərkəzində olub.
Görüşün sonunda, tərəflər arasında işçi qrupunun ilk protokolu imzalanıb. Sənəddə “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişaf etdirilməsi, xəttə əlavə yüklərin cəlb olunması istiqamətində atılacaq növbəti addımlar haqqında maddələr əksini tapıb və koordinasiya komitəsinin işçi qrupunun əsasnaməsi təsdiq olunub.
Onu da qeyd edək ki, işçi qrupunun üzvləri bu hün Tehranda “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutundan istifadə edəcək potensial müştərilərlə görüş keçiriblər.