Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə yükdaşımalara start verilib.
2017-12-22
“ADY Express” şirkəti yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə yükdaşımalara başlayıb. Artıq Azərbaycanla Türkiyə arasında yükdaşımalara dair tariflər müəyyən edilib. Yük sahibləri və yükgöndərənlər həmin qiymətlərlə tanış olub sifarişlərini edə bilərlər.
Qiymətlər cədvəlində hər iki ölkənin əsas şəhərləri arasında tariflər göstərilsə də, “ADY Express” şirkəti “qapıdan-qapıya” yükdaşımaları xidməti təqdim etdiyindən, Azərbaycanla Türkiyə arasında yüklərin nəqli bütün istiqamətlər üzrə həyata keçirmək mümkündür.
Onu da qeyd edək ki, cədvəldə göstərilən qiymətlər hər iki istiqamətdə eynidir və tariflərə konteynerlərin ayrılması daxil deyil.