“ADY Express” MMC-nin Yük daşınmaları departamentinin rəisi “Fəxri Dəmiryolçu” nişanı ilə təltif edilib.
2018-10-12
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun imzaladığı əmrə əsasən, Azərbaycan dəmir yollarının inkişafındakı uzunmüddətli və səmərəli fəaliyyətinə görə, “ADY Express” MMC-nin Yük daşınmaları departamentinin rəisi Qasımov Ramiz Mehdi oğlu “Fəxri Dəmiryolçu” nişanı ilə təltif edilib.
“ADY Express” MMC-nin kollektivi Ramiz müəllimi ürəkdən təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayır!