ADY Express BTQ ilə yüklərin nəqlini davam etdirir

2020-04-07


Dünyada cərəyan edən koronavirus (COVİD-19) pandemiyasına baxmayaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC daxili, idxal və ixrac rejimində, eyni zamanda beynəlxalq tranzit yükdaşımaları həyata keçirməkdə davam etdirir. Şirkət fəaliyyətini məsafədən qurmasına baxmayaraq yüklərin nəqli prosesini fasiləsiz həyata keçirilməsini təmin edib.
Yükdaşımaların əsas istiqamətlərindən biri də Bakı-Tbilisi-Qars dəmir yolu sayılır. Beləliklə, ADY Express şirkəti dünyada və ölkəmizdə tətbiq edilən məhdudiyyətlər çərçivəsində, digər ölkələrdəki tərəfdaşları ilə birgə Bakı-Tbilsi-Qars dəmir yolu vasitəsi ilə yükdaşımaları, hər iki istiqamətdə əvvəlki qaydada davam etdirir. 2020-ci ilin ilk 3 ayında “ADY Express” MMC BTQ ilə ümumilikdə 17 817 ton həcmdə və ya 337 vaqon yük nəql edib ki, onların əksəriyyəti də rulonda poladdır. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə BTQ ilə ADY Express-in daşıdığı yükün ümumi həcmi 25 193 ton təşkil etmişdir.
Qeyd edək ki, dünyada koronavirus epidemiyasının yayılması ilə bağlı, dəmir yolu ilə yüklərin daşınmasına tələbat artıb. Buna səbəb kimi, daha çox yük həcmlərinin, az sayda insanın iştirakı ilə daşınmasının mümkünlüyüdür. Eyni zamanda, koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan dəmir yollarında daxil olan bütün yük qatarlarında qabaqlayıcı dezinfeksiya tədbirləri həyata keçirildiyindən, xəstəliyin yayılması riski minimuma endirilir.
Fəaliyyətini məsafədən və növbəli iş rejimində quran “ADY Express” MMC Azərbaycan Hökumətinin tətbiq etdiyi xüsusi karantin rejiminə riayyət etməklə, əhalini də tətbiq edilən kanatin qaydalarına ciddi riayət etməyə çağırır.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016