“Şərq” Vaqon deposunun karantin şəraitində fəaliyyəti

2020-04-15

Azərbaycanda dəmir yolu ilə yükdaşımaların fasiləsiz təmin edilməsi üçün, yük vaqonlarının cari və depo təmirləri vaxtında həyata keçirilməlidir. Odur ki, “ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən və Ələt qəsəbəsində yerləşən, “Şərq” vaqon deposu, koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimi şəraitində fəaliyyətini davam etdirir.
Koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı İlham Əliyevin göstərişi əsasında və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlarına uyğun olaraq, ADY Express “Şərq” vaqon deposunun fəaliyyətinin davam etdirilməsi üçün depo ərazisində xüsusi rejim tətbiq edib. Depoda çalışan əməkdaşların təhlükəsizliyini qorumaq məqsədi ilə bütün lazım olan tədbirləri həyata keçirirb. Depoda növbəıi iş rejimi yaradılıb, dezinfeksiya işləri mütəmadi olaraq aparılır, əməkdaşlar şəxsi qoruyucu alətlərlə təmin edilib.
Bunun nəticəsində “Şərq” vqon deposunda vaqonların təmiri prosesi dayandırılmayıb. Deponun nəzdində fəaliiət göstərən bütün sexlərdə işlər əvvəlki qaydada aparılır. Mürəkkəb şəraitində davam etdirilən istehsalat prosesi, yük vaqonlarının vaxtında təmir işlərinin yekunlaşdırılması və yüklərin nəqlində istifadə olunmasına şərait yaradır. 2020-ci ilin ilk 3 ayı ərzində, “Şərq” vaqon deposunda ümumən 202 vaqonun cari və depo təmiri həyata keçirilib. Onlardan arasında 94 ədəd çən vaqon, 42 yarımvaqon, 4 örtülü vaqon, 51 refrejirator və 11 platforma təşkil edib.
Qeyd edək ki, Ələt qəsəbəsində yerləşən “Şərq” vaqon deposu 2018-ci ilə aprel ayından “ADY Express” MMC-nin tərkibinə daxil edilib və elə həmin gündən burada yenilənmə prosesinə start verilib. Paralel olaraq texnoloji proses, vaqonların təmiri işləri davam etdirilir.
Sonda bir daha, əhalini Azərbaycan Hökumətinin tətbiq etdiyi xüsusi karantin rejiminin qaydalarına ciddi riayət etməyə çağırırıq.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016