ADY Express yeni növ yükləri cəlb etməkdə davam edir

2020-05-21

Fəaliyyətinin əsas istiqamətlərindən biri, Azərbaycandan keçən tranzit marşrutlarına yeni növ yüklərin cəlb edilməsi olan, Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC, ölkəmizin dəmir yollarında yaradılan geniş imkanlarından istifadə edərək, daha bir yeni növ yükü cəlb edərək, onun Azərbaycandan tranzit rejimində nəql olunmasına nail olub.
Bu dəfə ADY Express, Qazaxıstan və Gürcüstandakı tərəfdaşları ilə, Qazaxıstanın Pavlodar şəhərindən Gürcüstanın Poti limanına qədər, “Qazaxıstan elektroliz zavodu”na məxsus aluminium yükünü nəql etməyə başladı.
ADY Express şirkətinin də operatorluğu ilə, Qazaxıstanın Pavlodar-Yujnıy stansiyasında örtülü vaqonlara yüklənən aluminium, Kurık limanına yola salınıb. Kurık limandan vaqonlar bərə ilə Ələt limanına çatdırıldıqdan sonra, buradan da Gürcüstanın Poti limanına yola salınıb. Yük vaqonları ümumi olaraq 4186 km məsafəni qət edərək ünvana çatdırılırb. Yük vaqonlarının tranzit vaxtı (yolda olma vaxtı), havadan asılı olaraq 10-14 gün təşkil edir.
Qeyd edək ki, bu vaxta qədər artıq 326 vaqonla, 21 488 ton aluminium yükü Qazaxıstandan Poti limanına çatdırılıb. Yaxın zamanda daha 209 vaqonla 13 585 ton həmin yükün nəql edilməsi planlaşdırılan. Layihə uzun müddətə nəzərdə tutulub.
Beləliklə Azərbaycanda nəqliyyat sahəsində yaradılan geniş infrastruktur və bunun nəticəsində yaranan logistik imkanlar iri yük sahiblərini, Azərbaycan ərazisindən keçməklə məhsullarının daşınmasına seçim etmələrinə səbəb olur. Ölkəmizin nəliyyat-logistika imkanları və potensialı, ölkəmizdən yüklərin nəqlinin əlverişliyi, daşınan yüklərin həcminin artırılmasına səbəb olur.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016