ADY Express ixrac rejimində yeni yüklərin nəqlinə start verib

2020-08-20

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ixrac rejimində yeni növ yüklərin nəqlinə başlayıb.
Azərbaycanın ixrac potensialının artırılmasına yönəlmiş növbəti layihənin gerçəkləşdirilməsində bir sıra yeniliklər tətbiq edilib. Yeniliklər həm yük növünə həm də seçilən marşruta aiddir.
Bu dəfə ADY Express “SOCAR POLYMER” MMC-nin istehsal etdiyi polipropilen məhsulu Qazaxıstana nəql edib. Əvvəlki daşımalardan fərqli olaraq, marşrut Xəzər dənizi vasitəsi ilə yox, Rusiya ərazisindən keçib. Belə ki, ADY Express şirkətinin təqdim etdiyi örtülü vaqonlar Sumqayıt stansiyasında yüklənərək, dəmir yolu vasitəsi ilə Rusiyadan keçməklə Qazaxıstanın Almatı və Kokşetau şəhərlərinə çatdırılıb. Yeni marşrutun əsas üstünlükləri, sürət və nəqliyyat növünün dəyişməməsi olub.
Test rejimində nəql olunan yüklərin ilk partiyası artıq təyinat nöqtəsinə çatdırılıb. Uğurla keçən nəqliyyat prosesi, layihənin davamlı olacağına əminlik yaradıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016