İxrac yönümlü yüklərin nəql edilməsi artırılır

2020-08-24

“ADY Express” MMC yeni növ ixrac yüklərinin daşıma prosesini davam etdirir. Bu dəfə Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalı olan bitum Ukrayana nəql edilməyə başlayıb.
Layihə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC və SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar idarəsinin birgə layihəsidir.
İlkin olaraq ümumilikdə 8500 ton bitum 130 çən vaqona yüklənərək Ukraynaya göndərilib. ADY Express tərəfindən təqdim olunan vaqonlar, Heydər Əliyev adına Neft Emalı Zavodunda bitumla yükləndikdən sonra yola salınıb.
Çən vaqonlar Azərbaycandan Gürcüstana oradan Qara dənizdən bərə vasitəsi keçərək Ukraynanın Orlovşina və Vasilkov stansiyasına çatdırılır.
Daşıma prosesi 2 mərhələdən ibarət olub. 1-ci mərhələdə 4500 ton bitum 70 çən vaqona yüklənərək yola salınıb, 2-ci mərhələdə 4000 ton yük 60 vaqona yüklənərək daşımaya start verilib.
Azərbaycandan Ukraynaya bu növ yüklərin davamlı nəql edilməsi nəzərdə tutulub.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016