Azərbaycandan tranzit rejimində süd məhsulları və meyvə daşımalarında artım var

2020-09-03

“ADY Express” MMC-nin Azərbaycandan tranzit rejimində nəql etdiyi bir sıra yük növlərində artım müşahidə olunub. Bunu ilk növbədə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən yükdaşımalara aid etmək olar.
Astara yük terminaldan keçərək, İran-Azərbaycan-Rusiya marşrutu ilə nəql olunan süd məhsulları və meyvə yükdaşımalarında artım müşahidə olunur. ADY Express artıq İrandan Rusiyaya 1000 ton quru süd və pəndir nəql edib. Bununla yanaşı, şirkət 2 ay ərzində Astaradan Həştərxana 5050 ton meyvə nəql etməyə müvəffəq olub.
Yükdaşımalar şirkətin təqdim etdiyi refsekisyalarla (refrijerator vaqonlar) həyata keçirilib. Vaqonlar Astara (İran) yük terminalında yüklənərək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə təyinat nöqtələrinə nəql edilib.
Bununla yanaşı ADY Express, Astara-Ələt-Xəzər Dənizi-Qazaxıstan-Tacikistan marşrutu ilə, Azərbaycandan tranzit rejimində keçməklə, İrandan Tacikistana biskvit və çay nəql edib ki, bu da həm seçilən marşrut həm də daşınan yük növündə yenilik idi. Bü yüklər də, şirkətin təqdim etdiyi refsekisyalarla daşınıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016